Rusiyanın Qarnizon Hərbi Məhkəməsi Baltik Donanmasının Leninqrad Hərbi Dəniz Bazasının (LenVMB) komandiri Aleksey Suqlobov və Müdafiə Nazirliyinin dəniz mühəndisliyi xidmətinin rəisi Aleksey İonovu həbs edib.
Bu barədə "Fontanka" məlumat yayıb.
Nəşrin məlumatına görə, 2025-ci ilin sonlarında bazaya rəhbərlik edən Suqlobov oktyabrın 21-də Kronştadt küçələrindən birində 1,5 milyon rubl rüşvət alarkən təhlükəsizlik qüvvələri tərəfindən cinayət başında yaxalanıb. Leninqrad Hərbi Dairəsinin Hərbi İstintaq Komitəsi xüsusilə külli miqdarda rüşvət alma maddəsi ilə cinayət işi açıb. Mühəndislik xidmətinin rəisi İonov da oxşar cinayətdə ittiham olunur.
Müstəntiqlər belə hesab edirlər ki, təqsirləndirilən şəxslər 2025-ci ilin sonlarından etibarən Leninqrad Hərbi Dəniz Bazasının ərazisinin qanunsuz olaraq kommersiya məqsədləri üçün mülki şəxslərə verilməsi müqabilində iş adamlarından sistematik olaraq ödənişlər alıblar. İddialara görə, xüsusilə tikinti şirkətləri Lomonosovdakı hərbi şəhərciyin torpaqlarında qanunsuz olaraq qum və çınqıl çıxarıblar, sonra isə tikinti tullantılarını iş adamlarının yaratdığı qazıntı çuxurlarına atıblar və tullantıların utilizasiyası xərclərini bu yolla azaldıblar.

