"Əməkhaqqı, pensiya və təqaüdlər artır. Ancaq bazarda süni qiymətin artması və eyni zamanda inflyasiyanın müəyyən həddə saxlanılması ciddi şəkildə nəzərə alınmalıdır".
Bunu Milli Məclisin komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Nəsib Məhəməliyev deyib.
"Hesab edirəm ki, bəzi hallarda müəyyən bazar komponentlərinin həddindən artıq şişirdilməsi əhalinin sosial vəziyyətinə mənfi təsir göstərir", - deyə deputat bildirib.

