Sizin reklam burada
Sizin reklam burada

“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqladı

“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqladı


"Qalatasaray"ın portuqaliyalı hücumçusu Rafael Leaonun zədəsinin vəziyyətinə aydınlıq gəlib.
Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Türkiyə Super Liqasının XI turunda "Amedspor"la keçirilən qarşılaşmada zədələnərək meydanı tərk edən futbolçu tibbi müayinədən keçib.

Maqnit-rezonans tomoqrafiyasının (MRT) nəticəsində Leaonun sağ budunun arxa əzələ qrupunda yüksək dərəcəli dartılma və qanaxma aşkarlanıb.

Klubun açıqlamasına əsasən, portuqaliyalı futbolçunun müalicəsinə başlanılıb.

Qeyd edək ki, 27 yaşlı hücumçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik açıqlanmayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ