İtaliya hakimiyyəti Fransa, Almaniya və digər Avropa dövlətlərinin analoji addımlarından sonra otuz rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərar verib.
Ölkədən çıxarılacaq rusiyalı diplomatların siyahısı bir gün əvvəl hazırlanıb, qərar isə İtaliya Xarici İşlər Nazirliyinin və İtaliya Nazirlər Şurası rəhbərliyinin Berlin və Parislə kontaktları zəminində verilib.
Rusiyanın İtaliyadakı səfiri Sergey Razov bu gün XİN-ə çağırılıb diplomatların ölkədən çıxarılması barədə qərar onun diqqətinə çatdırılıb.
İtaliya Baş naziri Mario Dragi qərarı respublikanın dövlət təhlükəsizliyinə cavabdeh olan Nazirlər Şurasının katibi Franko Qabrielli ilə müzakirə edib.
İtaliya hakimiyyəti bu diplomatların Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsinin olduğunu iddia etməklə İtaliyada işləyən və ölkədən çıxarılacaq bütün rusiyalı diplomatların arzuolunmaz şəxs elan ediləcəyini bildirib.
“Corriere della Sera”
