Bu gün, avqustun 14-də Kursk vilayətində 100-dən çox rusiyalı hərbçi əsir götürülüb.
Publika.az bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski prezident Vladimir Zelenskiyə məruzəsi zamanı məlumat verib.
“Bu günün əvvəlindən müəyyən istiqamətlərdə (Kursk vilayətində - red.) qoşunlar 1 kilometrdən 2 kilometrə qədər irəliləyiblər.
Günün əvvəlindən düşmənin 100-dən çox əməkdaşı əsir götürülüb”, - Sırski bildirib.
Sırski bütün əsas istiqamətlər üzrə vəziyyət barədə də prezidentə məlumat verib.
