Sizin reklam burada
Sizin reklam burada

Dünyanın ən yaşlı insanı vəfat etdi

Dünyanın ən yaşlı insanı vəfat etdi

Dünyanın ən yaşlı insanı Mariya Branyas Morera 117 yaşında vəfat edib.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, O, 2023-cü ilin yanvarında Ginnesin Rekordlar Kitabının versiyasına görə dünyanın ən yaşlı insanı elan edilib.

Morera son 20 il ərzində İspaniyada qocalar evində yaşayıb.

O, 1907-ci ilin martında Kaliforniyada dünyaya gəlib, 8 yaşı olarkən ailəsi ilə birlikdə İspaniyaya köçüb.

İspaniyada həkimlə ailə quran Mariyanın 3 övladı olub.

  • Sosial şəbəkədə paylaş