Sizin reklam burada
Sizin reklam burada

Ermənistanda Nikol Paşinyana qarşı cinayət işinin açılması tələb edilir

Ermənistanda Nikol Paşinyana qarşı cinayət işinin açılması tələb edilir

Bakı şəhərində taksi fəaliyyəti ilə məğul olanlar üçün yeni qadağa qüvvəyə minib.

Oktyabrın 9-dan etibarən bəzi avtomobillərin Bakı şəhərində taksi kimi istifadəsinə qadağa qoyulub.

Söhbət 2009-2010-cu illər istehsalı olan avtomobillərdən gedir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) bu məlumatı təsdiqləyiblər. Agentlikdən FED.az-a bildirilib ki, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobili kimi istifadə oluna bilməz.

Qadağanın bugündən tətbiq edilməsinə gəlincə, AYNA-dan bildirilib ki, belə avtomobillərin sahibləri iyulun 1-dək müraciət edə bilərdilər. Həmin tarixə qədər müraciət etməyənlər artıq həmin avtomobillərdən istifadə edə bilməyəcəklər.

«Yaşı 15 ili keçməyən avtonəqliyyat vasitələri ilə taksi fəaliyyəti göstərmək istəyənlər 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət edə bilərdilər. 1 iyuldan sonra yalnız yaşı 8 ilə qədər olan nəqliyyat vasitələri icazə üçün müraciət edə bilirlər»- deyə agentlikdən bildirilib.

  • Sosial şəbəkədə paylaş