Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətinin Tank rayonunda təhlükəsizlik qüvvələrinin postuna hücum edilib.
Bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, parrtlayıcı ilə yüklənmiş avtomobillə həyata keçirilən hücum nəticəsində 9 əsgər, 4 polis əməkdaşı və Meşə Departamentinin bir rəsmisi olmaqla, ümumilikdə 14 nəfər həyatını itirib, 24 nəfər yaralanıb.
Güclü partlayış nəticəsində təhlükəsizlik postu tamamilə dağılıb. Xilasetmə işləri zamanı üç əsgərin dağıntılar altında qaldığı qeyd olunub.
Hücumdan sonra keçirilən əməliyyat zamanı təhlükəsizlik qüvvələri üç silahlını zərərsizləşdirib.

