Sizin reklam burada
Sizin reklam burada

Gürcüstanda elektrik böhranı yaşanır

Gürcüstanda elektrik böhranı yaşanır


Gürcüstanda artıq ikinci gündür ölkə elektrik enerjisinin verilməsində fasilə baş verir.

Bu barədə Gürcüstan Dövlət Elektrik Sistemi məlumat yayıb.

Məlumata görə, qəza aşkar edildikdən dərhal sonra enerji sisteminin bərpasına başlanılıb.

Qurumun açıqlamasına görə, qəza qeydə alınan kimi enerji sisteminin bərpasına dərhal başlanılıb.

"Hazırda qəzanın başvermə səbəbi müəyyənləşdirilir. Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", – deyə açıqlamada bildirilib.

Qeyd edək ki, genişmiqyaslı elektrik kəsintisi səbəbindən Tbilisi metrosunun və Gürcüstan Dəmir Yollarının fəaliyyətində də fasilələr yaranmışdı. Hazırda onların işi də bərpa olunub.

Xatırladaq ki, Tbilisidə və ölkənin bir sıra regionlarında elektrik enerjisinin verilişi səhər saat 08:00-da baş verən qəza səbəbindən dayanmışdı. Gürcüstanda artıq ikinci gündür ölkə elektrik enerjisinin verilməsində fasilə baş verir.

  • Sosial şəbəkədə paylaş