2026-cı ilin ilk 9 ayında 63,5 min miqrant Rusiyadan məcburi qaydada çıxarılıb.
Bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib.
Onun sözlərinə görə, ilin ilk 8 ayında 260 mindən çox əcnəbiyə Rusiyaya giriş qadağası qoyulub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 75,8 faiz çoxdur.
Qeyd edək ki, noyabrın 3-dən Rusiyada miqrantların ölkədən çıxarılması ilə bağlı yeni qanun qüvvəyə minib. Yeni qaydalara əsasən, deportasiya üçün əsasların sayı 22-dən 45-ə çatdırılıb.

