Sentyabrın 30-da Milli Məclisin deputatı Cavanşir Feyziyev 100 illik yubileyini qeyd edən Şəki şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi ilə görüşüb.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva ilə birlikdə təhsil müəssisəsində olan millət vəkili yaradılan şəraitlə tanış olub, məktəbin fəaliyyət dövrünü əks etdirənsərgiyə baxış keçirib.
Həmçinin Milli Məclisin üzvi müəllim və şagirdləri yeni dərs ilinin başlanması, eləcə də məktəbin yubileyi münasibətilə təbrik edərək məktəbə hədiyyə təqdim edib.
Görüşün sonunda müəllim kollektivi ilə xatirə fotosu çəkdirilib.
#EduAz #ŞəkiZaqatalaRTi
