ABŞ-ın Uilminqton şəhərində kollecin qadın soyunub-geyinmə otağında gizli çəkiliş aparmaqda şübhəli bilinən xidmətçi saxlanılıb.
Bu barədə WXIX məlumat yayıb.
Hadisə zamanı futbol komandasında oynayan tələbələrdən biri əlində telefonla gizlənən tanımadığı şəxsi görüb. Telefonun işığından onun qızları lentə aldığını anlayan tələbə dərhal polisə məlumat verib.
Polis şübhəlinin kollecin xidmətçisi Ceyson Barker olduğunu müəyyən edib və onu saxlayıb. Barker isə ittihamı rədd edib. O, soyunub-geyinmə otağında heç kimi çəkmədiyini, sadəcə “İncil" oxuduğunu bildirib.
Polis bölməsinə aparılarkən Barker daha bir açıqlama verib. O, kollecin yaxınlığında saxladığı avtomobilində odlu silahın qaldığını deyib.
İş üzrə məhkəmə keçiriləcək.

