Sizin reklam burada
Sizin reklam burada

Yaşlanmanı ləngitmək mümkündür: Həkim 5 əsas qaydanı açıqladı

Yaşlanmanı ləngitmək mümkündür: Həkim 5 əsas qaydanı açıqladı


Hətta yaşlı dövrdə də fiziki və psixi sağlamlıq göstəricilərini yaxşılaşdırmaq mümkündür. Endokrinoloq Uilyam Hsu orqanizmin daha sağlam qocalmasına kömək edən əsas prinsipləri açıqlayıb.

Həkim bu barədə “HuffPost”a danışıb.

Mütəxəssisin sözlərinə görə, ilk növbədə insanın yaşlanmaya münasibəti önəmlidir. Yaşlanmanı geri dönməz proses kimi qəbul etməyən insanlar sağlamlıqlarını qorumaq üçün daha fəal addımlar atırlar. Müntəzəm müayinələrdən keçmək, arterial təzyiqi və xolesterini nəzarətdə saxlamaq da bu məqsədə çatmağa kömək edir.

Hsu qidalanmaya da xüsusi diqqət yetirməyi tövsiyə edib. Onun sözlərinə görə, yaş artdıqca rasionda tərəvəz, meyvə, qoz-fındıq, paxlalılar və tam taxıllı məhsulların payı artırılmalı, emal olunmuş qidalar və şəkər isə azaldılmalıdır.

Zülalın həddindən artıq qəbulu faydalı deyil

Həkim zülal əsaslı pəhrizlərə həddindən artıq aludə olmağı məsləhət görmür. Sağlam yaşlı insanların əzələləri qorumaq üçün kifayət qədər zülal qəbul etdiyini bildirən Hsu, bunun bitki mənşəli qidaları və lif mənbələrini rasiondan çıxarmamalı olduğunu vurğulayıb.

Yuxu, hərəkət və sosial əlaqələr

Mütəxəssis hətta yaşlılıq dövründə də yeni şeylər öyrənməyi, sosial əlaqələri qorumağı, keyfiyyətli yatmağı və müntəzəm fiziki aktiv olmağı tövsiyə edib.

Hsu qeyd edib ki, bu vərdişlər yalnız mövcud sağlamlıq vəziyyətini qorumağa deyil, yaşlı dövrdə fiziki və psixi göstəriciləri yaxşılaşdırmağa da imkan verir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ