Ermənistanda Türkiyəyə qarşı ərazi iddiaları davam edir.
Ermənilər Ağrı dağının rəsmini çəkmək üçün müxtəlif ölkələrdən rəssamları ölkələrinə dəvət edib.
Erməni rəssam, heykəltəraş Arman Nurun təşəbbüsü olan bu layihə “Açıq dəvət” adlanır.
A.Nur bildirib ki, artıq dünyanın müxtəlif yerlərindən 300-dən çox rəssam “Açıq dəvət” layihəsində iştirak etmək məqsədilə qeydiyyatdan keçib: “Müraciət edənlərin sayı çox olacaq. Qeyd edim ki, qeydiyyatdan keçənlərin əksəriyyəti qeyri-ermənidir. Ararat (Ağrı dağı) bizimdir, simvolumuzdur, bütün xristianlarındır”.
Erməni rəssam iddia edib ki, Ağrı dağının rəsmini çəkmək üçün Ermənistana gələcək rəssamlar arasında hətta müsəlman ölkələrindən olanlar da var. Lakin o, hansı müsəlman ölkəsi olduğunu açıqlamayıb. Bildirib ki, layihə bir il ərzində davam edəcək.
“İlkin mərhələdə 300-dən çox müraciət edən var, amma bu sayın 1000-dən çox olacağını düşünürəm. İkinci mərhələdə Ararata (Ağrı dağı) həsr olunmuş musiqi festivalı da keçiriləcək, daha sonra kino və video sənəti, heykəltəraşlıq, əl işləri, xalçaçılıq və s. Bu sənət əsərlərini bütün dünyda nümayiş etdirəcəm və insanlara Araratın (Ağrı dağı) kimin olduğunu göstərəcəm”, - erməni rəssam qeyd edib.

