21-23 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan Kuboku davam edir. Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayır.
İkinci yarış günü çəkisi 67 kq-a qədər olan atletlərin mübarizəsi ilə başlayıb. Bu çəkidə toplam 284 kq (133+151) nəticə göstərən “Qartal” Klubunun təmsilçisi İsa Rüstəmov qızıl, toplam 251 kq (115+136) nəticə göstərən “Göyəzən” Klubunun təmsilçisi Qasım İsmayılov gümüş, toplam 240 kq (90+108) nəticə göstərən “Buta” Klubunun təmsilçisi Həsənağa Sahibov isə bürünc medal əldə edərək fəxri kürsüyə qalxıblar.
67 kq
N
Adı
İl
Şəhər / Rayon
Klub
Çəki
Birdən
Təkanla
Toplam
1.
İsa Rüstəmov
1999
Goranboy
Qartal
66.5
133
151
284
2.
Qasım İsmayılov
2005
Qazax
Göyəzən
66.3
115
136
251
3.
Həsənağa Sahibov
2002
Qobustan
Buta
66.8
108
132
240
4.
Fuad Həsənov
2003
Lənkəran
Zirvə
64.2
110
128
238
5.
Kənan Rəhimov
2004
Gəncə
ADAU
66.2
92
125
217
6.
Emil Quliyev
2006
Bakı
Təhsil
65.4
100
110
210
7.
Murad Mustafayev
2006
Qazax
Göyəzən
66.4
77
96
173
8.
Vüsət Quliyev
2004
Sumqayıt
Zirvə
66.7
70
102
172
9.
Hüseyn Qurbanov
2006
Lənkəran
Zirvə
65.2
80
91
171
Azərbaycan Ağır Atletika Federasiyası
