Moskva Şəhər Məhkəməsi Aleksey Melniçuku erməni iş adamı Xoren Qazaryanın azyaşlı qızı və həyat yoldaşını vəhşicəsinə qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edib.
Hadisə 2015-ci ilin fevral ayında baş verib. Melniçuk cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. İş materiallarına görə, Melniçuk Moskvanın Şabolovka rayonunda yerləşən Qazaryanların mənzilinə soyğunçuluq məqsədi ilə girməyi bacarıb. Ev sahibəsi onu aşkar etdikdə qadına hücum edərək onu ən azı iyirmi iki dəfə bıçaqlayıb. Daha sonra Qazaryanların azyaşlı qızını öldürüb. Bundan sonra o, 568 min rubl oğurlayaraq qaçıb.
Cinayətin üstü yalnız 2025-ci ildə açılıb. Buna qədər isə Xoren Qazaryan qətli törətməkdə şübhəli bilinirdi və təxminən iki il yarım ev dustaqlığında qalmışdı. Məhkəmədə Melniçuk günahını etiraf edib və bağışlanmasını istəyib.

