Milli Məclisin bu gün keçirilə plenar iclasında Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
Namizədlər hazırkı Ombudsman Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşana Valiyeva olub.
Səbinə Əliyevanın, Ceyhun Qaracayevin və Elşana Valiyevanın namizədliyi ayrı-ayrılıqda səsə qoyulub. Səbinə Əliyeva 100 səs çoxluğu ilə İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) vəzifəsinə seçilib.
Qeyd edək ki, Ombudsman 7 il müddətinə seçilir. Bir şəxs iki dəfədən artıq bu vəzifəyə seçilə bilməz. Səbinə Əliyeva birinci dəfə 2019-cu ildə İnsan hüquqları üzrə müvəkkili seçilib.

