Sizin reklam burada
Sizin reklam burada

Bu ölkə Ukrayna ordusunun bərpası üçün hərəkətə keçdi: Hərbçi göndərir

Bu ölkə Ukrayna ordusunun bərpası üçün hərəkətə keçdi: Hərbçi göndərir

Böyük Britaniya Ukrayna ordusunun yenidən qurulmasına hazırlıq məqsədilə Polşaya 300-ə yaxın hərbçi göndərəcək.

Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Britaniya ordusunun 7-ci briqadasından olan hərbçilər noyabrın 9-dan 22-dək keçiriləcək təlimlərdə iştirak edəcəklər. Təlimlərdə ümumilikdə 11 Avropa ölkəsindən 2800 hərbçinin iştirakı nəzərdə tutulub.

Təlimlərin məqsədi döyüş əməliyyatları başa çatdıqdan sonra Ukrayna Silahlı Qüvvələrinin bərpasına kömək edəcək qüvvələrin bölgəyə yerləşdirilməsi, müdafiəsi və təchizatının təşkilini məşq etməkdir.

Qeyd edək ki, Böyük Britaniya və Fransanın rəhbərlik etdiyi bu çoxmillətli qüvvələr “Könüllülər koalisiyası”nın hərbi strukturudur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ