ABŞ prezidenti Donald Tramp bildirib ki, böyük hərbi münaqişəyə qarışacağı təqdirdə NATO Vaşinqtonun köməyinə gəlməyəcək.
Tramp bu barədə “Salem News”a verdiyi müsahibədə deyib.
"Əgər böyük bir münaqişədə, müharibədə olsaq, düşünmürəm ki, onlar (NATO) bizimlə olacaqlar", - Tramp bildirib.
Tramp qarşıdan gələn Çinə səfərindən bəhs edərək, Pekinlə yaxşı münasibətlərə üstünlük verdiyini açıqlayıb: "Bizim çox güclü münasibətlərimiz var və mən inanıram ki, Çinlə döyüşməkdənsə, Çinlə yola getmək daha yaxşıdır və onlar da eyni hissləri keçirirlər".
