Sizin reklam burada
Sizin reklam burada

Müzəffər Ali Baş Komandanımız Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik!

Müzəffər Ali Baş Komandanımız Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik!


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, müasir Azərbaycanın memarı olan Prezident İlham Əliyev bu gün ölkəmizi sabitlik, inkişaf və tərəqqi yolunda qətiyyətlə irəli aparır.

Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, sosial rifah yüksəlmiş, milli maraqlar beynəlxalq səviyyədə qətiyyətlə qorunmuşdur. Onun rəhbərliyi ilə Azərbaycan güclü orduya, dayanıqlı iqtisadiyyata və möhkəm dövlətçiliyə sahibdir.

Möhtərəm Prezident! Müstəqil Azərbaycan Sizin rəhbərliyiniz altında ciddi uğurlara imza atmış, sürətli iqtisadi inkişaf tempi ilə dünyada lider mövqelərini qoruyub saxlamışdır. Bu, Sizin tərəfinizdən məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış mükəmməl mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

Sizin siyasi müdrikliyiniz, qətiyyətiniz, cəsarətiniz milli maraqlara sədaqət nümunəsidir. Ötən illər ərzində aparılan uzaqgörən daxili və xarici siyasət potensialınız çox çətin sınaqlardan çıxmışdır. Siz dahi dövlət xadimi Heydər Əliyevin dərindən-dərinə ölçüb-biçərək uzun müddət üçün hazırladığı və heç bir alternativi olmayan xarici siyasət strategiyasını zərgər dəqiqliyi ilə həyata keçirirsiniz. Bu yolda ağır çətinliklərlə qarşılaşmısınız, lakin yolunuzdan dönməyib qələbə çalmısınız. Bəzi dövlətlər Heydər Əliyevdən sonra Azərbaycanı asılı vəziyyətə salmaq üçün yeni-yeni cəhdlər göstərsələr də, Sizin qətiyyətli, prinsipial və cəsarətli gedişləriniz nəticəsində geri çəkilməyə məcbur olmuşlar.

Son olaraq nəzərinizə çatdırmaq istəyirik ki, 24 dekabr Ali Baş Komandanımız İlham Əliyevin ad günüdür. Bu münasibətlə ən xoş arzularımı və təbriklərimi ünvanlayıram. Azərbaycan xalqının bütün istək və arzularını reallaşdıran, qürur və iftixar mənbəyimiz, Müzəffər Ali Baş Komandanımız Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, Azərbaycan xalqının daha da firavan yaşaması naminə ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayırıq. Uca Yaradan Sizi qorusun!


Vüqar Abbasov,
“Cahan Holdinq”in qurucusu və prezidenti

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ