
24 DEKABR – MÜASİR AZƏRBAYCANIN QALİB LİDERİNİN DOĞUM GÜNÜ
24 dekabr Azərbaycan tarixində xüsusi önəm daşıyan, xalqımız üçün qürur və fəxarət hissi yaradan əlamətdar bir gündür. Bu tarix müasir, müstəqil və qalib Azərbaycanın Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin doğum günüdür.
Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə sürətli inkişaf yolu keçmiş, regionun lider dövlətinə çevrilmiş, beynəlxalq aləmdə söz sahibi olan nüfuzlu ölkə kimi tanınmışdır. Onun uzaqgörən və prinsipial siyasəti sayəsində ölkəmizdə sabitlik təmin olunmuş, iqtisadiyyat güclənmiş, sosial rifah yüksəlmişdir.
Prezident İlham Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etmişdir. Bu möhtəşəm Zəfər Prezidentimizin qətiyyətli siyasətinin, xalq–ordu–lider birliyinin bariz nümunəsidir.
Bu gün azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq və bərpa işləri, Böyük Qayıdış proqramı Prezident İlham Əliyevin Vətənə, torpağa və xalqa olan sonsuz sevgisinin göstəricisidir.
Cənab Prezident!
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Qoy Azərbaycan dövləti Sizin rəhbərliyinizlə daim yüksəlişdə olsun!
Dilqəm Məhərrəmov
Plastik rekonstruktiv və estetik cərrah, tibb üzrə fəlsəfə doktoru
