
24 dekabr müasir Azərbaycan tarixində mühüm məna daşıyan, dövlətçilik ənənələrinin davamlılığını simvolizə edən əlamətdar bir gündür. Bu tarix Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz müstəqil inkişaf yolunu dəqiqliklə müəyyən etmiş, daxili sabitliyi və xarici siyasətdə balanslı mövqeyi ilə regionda aparıcı dövlətə çevrilmişdir. Onun strateji düşüncəsi, milli maraqlara söykənən siyasəti ölkəmizin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır.
Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi altında qazanılan tarixi Zəfər Azərbaycan dövlətinin gücünü, xalqımızın birlik və iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu Qələbə ədalətin bərpası ilə yanaşı, milli ruhun və qürurun təntənəsi oldu.
Bu gün azad edilmiş torpaqlarda həyata keçirilən nəhəng quruculuq işləri, müasir yaşayış məntəqələrinin salınması, Böyük Qayıdışın reallaşması Prezident İlham Əliyevin gələcəyə hesablanmış siyasətinin real nəticəsidir.
Cənab Prezident,
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür və dövlətimiz naminə fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.
Səfər Əlirzayev,
Xeyriyyəçi- İş adamı
