Sizin reklam burada
Sizin reklam burada

24 dekabr – cənab İlham Əliyevin doğum günü münasibətilə onu dərin hörmət və ehtiramla təbrik edirik!

24 dekabr – cənab İlham Əliyevin doğum günü münasibətilə onu dərin hörmət və ehtiramla təbrik edirik!


Prezident İlham Əliyev müasir Azərbaycanın inkişaf strategiyasını formalaşdıran, dövlət idarəçiliyində çeviklik və prinsipiallığı birləşdirən nüfuzlu Liderdir. Onun rəhbərliyi dövründə ölkədə həyata keçirilən islahatlar iqtisadi dayanıqlığı gücləndirmiş, sosial rifahın yüksəlməsinə xidmət etmişdir.

Enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, qeyri-neft sektorunun inkişafı və güclü ordu quruculuğu Prezident İlham Əliyevin dövlətçilik baxışının əsas sütunlarıdır. Azərbaycan bu gün öz milli maraqlarını qətiyyətlə qoruyan, müstəqil qərarlar verən güclü dövlətdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz müstəqil inkişaf yolunu dəqiqliklə müəyyən etmiş, daxili sabitliyi və xarici siyasətdə balanslı mövqeyi ilə regionda aparıcı dövlətə çevrilmişdir. Onun strateji düşüncəsi, milli maraqlara söykənən siyasəti ölkəmizin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır.

Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi altında qazanılan tarixi Zəfər Azərbaycan dövlətinin gücünü, xalqımızın birlik və iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu Qələbə ədalətin bərpası ilə yanaşı, milli ruhun və qürurun təntənəsi oldu.

24 dekabr – cənab İlham Əliyevin doğum günü münasibətilə onu dərin hörmət və ehtiramla təbrik edir, Azərbaycan dövlətinin daha da qüdrətlənməsi naminə gördüyü işlərdə yeni nailiyyətlər diləyirik.


Ramal Vəliyev,
İş adamı

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ