
24 dekabr Azərbaycan xalqı üçün əlamətdar və qürurverici bir gündür. Bu tarix müasir, güclü və qalib Azərbaycanın memarı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin doğum günüdür.
Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə misilsiz inkişaf yolu keçmiş, beynəlxalq arenada nüfuzu yüksəlmiş, iqtisadi, siyasi və hərbi cəhətdən güclü dövlətə çevrilmişdir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipial mövqeyi və qətiyyətli qərarları ölkəmizin müstəqilliyini daha da möhkəmləndirmiş, xalqımızın rifahını yüksəltmişdir.
Xüsusilə qeyd olunmalıdır ki, Prezident İlham Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanmış, torpaqlarımız işğaldan azad edilmişdir. Bu Zəfər xalqımızın birliyinin, dövlətimizin gücünün və Prezidentimizin müdrik siyasətinin parlaq təzahürüdür.
Bu gün azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramı Prezident İlham Əliyevin xalqına olan dərin sevgisinin və məsuliyyət hissinin bariz nümunəsidir.
Cənab Prezident!
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Qoy Azərbaycan bayrağı Sizin rəhbərliyinizlə daim zirvələrdə dalğalansın!
Asif İsmayılov
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi aparat rəhbərinin müavini
