
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın milli birlik, həmrəylik və vətənpərvərlik ruhunun təntənəsidir. Bu əlamətdar gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların eyni kökə, eyni tarixə, eyni mədəniyyətə və ortaq dəyərlərə bağlı olduğunu bir daha nümayiş etdirir. Həmrəylik Günü milli kimliyimizin, birliyimizin və gücümüzün simvoludur.
Bu gün biz tariximizə, dilimizə, mədəniyyətimizə sahib çıxmağın nə qədər vacib olduğunu dərk edir, Azərbaycan adını daim uca tutmağın məsuliyyətini hiss edirik. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının qəlbi Vətənlə döyünür və bu mənəvi bağ xalqımızı daha da güclü edir.
31 Dekabr eyni zamanda köhnə ilin yola salınıb Yeni ilin qarşılandığı ümid və arzular günüdür. Yeni İl insanlara yeni ümidlər, yeni məqsədlər və xoş niyyətlər bəxş edir. Hər yeni il ölkəmiz üçün daha böyük uğurların, xalqımız üçün firavanlığın və sülhün başlanğıcı olsun.
Əkrəm Babayev,
Qəbələ-Oğuz Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru,
1-ci və 2- ci Vətən Müharibəsinin iştirakçısı, Müharibə Veteranı
