Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 2026–2027-ci tədris ilindən etibarən tətbiq olunacaq yeni təmayül tədris modeli ilə bağlı təbliğat görüşləri davam etdirilir.
Növbəti görüşdə bəzi ümumi təhsil müəssisələrinin IX sinif şagirdləri, onların valideynləri, müəllimlər, məktəb direktorları və pedaqoji heyət iştirak edib.
Görüş zamanı bildirilib ki, təmayül tədris modeli şagirdlərin maraq və qabiliyyətlərinə uyğun təhsil almalarına, ali təhsilə hazırlıq prosesinin daha səmərəli təşkilinə və keyfiyyətli təhsil imkanlarının genişləndirilməsinə xidmət edir. Qeyd olunub ki, bu yanaşma şagirdlərin gələcək peşə və ixtisas seçimlərinə daha hazırlıqlı yanaşmalarına şərait yaradır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında geniş müzakirələr aparılıb
